Gülər Əhmədovanın vəkillərinin sayı 4 oldu

Gülər Əhmədovanın vəkillərinin sayı 4 oldu

26 Aprel 2013 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı İstintaq Təcridxanasında saxlanan keçmiş deputat Gülər Əhmədovanın hüquqlarının müdafiəsinə yeni vəkil qoşulub. Oxumeni.az-ın "Media forum"a istinadən verdiyi məlumata görə, sabiq deputatın ailəsi vəkil Oqtay Gərəkməzli ilə müqavilə imzalayıb.Sabiq deputatın hüquqlarını vəkillər Raqif Mustafayev, Eldar Qədimi, Əfsər Talıbov da müdafiə edir.Gülər Əhmədova 2000-2012-ci illərdə parlamentin deputatı olub. Fevralın 13-də Səbail Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.

O.M.