Generallar əsgərlərlə birgə təlim keçəcək

Generallar əsgərlərlə birgə təlim keçəcək

26 Aprel 2013 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

Çində bütün yüksək rütbəli zabitlər 15 sutkadan az olmayaraq ucqar və ən kasıb regionlarda yerləşən adi hərbi hissələrdə təlimlərdə iştirak edəcəklər.Bu müddət ərzində generallar kiçik zabit və əsgər heyəti ilə bir yerdə xidmət edəcək və heç bir imtiyaza malik olmayacaqlar. Generallar kazarmada yaşayacaq, əsgər yeməkxanasında yemək yeyəcək, ümumi hamamdan istifadə edəcək, qarovulda növbədə dayanacaq, bir sözlə əsgər həyatının bütün çətinliklərindən keçəcək.Toplantı zamanı generallara bir sıra qadağalar da qoyulub. Onlar gəzintiyə çıxa və hədiyyə ala bilməzlər.Bir çoxları Çin rəhbərliyinin bu qərarı ordunun yüksək dairələrində nizam-intizamın sərtləşdirilməsi məqsədi ilə etdiyini ehtimal edir.

O.M.