Qanlı olay: birinin barmağı kəsildi, digəri isə bıçaqlandı

Qanlı olay: birinin barmağı kəsildi, digəri isə bıçaqlandı

26 Aprel 2013 10:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə saat 00:35 radələrində Bakının Binəqədi rayonunda kafedə qanlı münaqişə baş verib. Banəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsindən verilən məlumata görə, qanlı dava Biləcəri qəsəbəsindəki "Həkəri" kafesində düşüb. Belə ki, bir qrup insan arasında yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Nəticədə 17 yaşlı Amil Əliyev və 19 yaşlı Surət Babayev ağır yaralanıb. Amil Əliyevin başına şüşə qab ilə vurublar. Daha sonra isə onun barmağı kəsilib. Digəri isə bıçaq xəsarətləri alıb. Hadisə ilə bağlı araşdırmalar aparılır.

O.M.