Sabahdan yay gəlir...

Sabahdan yay gəlir...

25 Aprel 2013 13:47
Bəyəndim (0) Bəyənmədim (0)
Temperatur 28 dərəcəni göstərəcək

Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, mülayim cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-10, gündüz 15-20, bəzi yerlərdə 25-27 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, ayrı-ayrı yerlərdə duman qeydə alınacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 20-25, bəzi yerlərdə 28 dərəcəyədək isti, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 7-12, bəzi yerlərdə 15-18 dərəcəyədək isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 26-dan 28-dək Abşeron yarımadasında temperatur rejimi meteohəssas insanlar üçün əlverişli olsa da, atmosfer təzyiqinin xeyli tərəddüdü və arabir güclənən cənub küləyinin üstünlüyü bəzi insanlarda diskomfort hissi yarada bilər.

O.M.