İki piyada avtomobilin zərbəsindən ölüb

İki piyada avtomobilin zərbəsindən ölüb

25 Aprel 2013 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda baş verən yol qəzalarında iki piyada ölüb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisələrdən biri Mərdəkan-Bakı şosesində qeydə alınıb. Bakı şəhər sakini Səid Davud oğlu Rəhimov idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən piyada, 1960-cı il təvəllüdlü Rzayev Cəfər Qəhrəman oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Digər hadisə isə Nizami rayonunda, "İnci" şadlıq evinin qarşısında baş verib. "Mercedes" markalı avtomobil yolu keçən 55 yaşlı Elmira Qasımovanı vurub. Nəticədə piyada aldığı xəsarətdən dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.

O.M.