Əsgər adam öldürdü

Əsgər adam öldürdü

25 Aprel 2013 11:25
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını qətlə yetirib

Qeyd edək ki, K. Məmmədov Göygöl rayonundan həqiqi hərbi xidmətə çağırılıb.Azərbaycan Ordusunun əsgəri qətlə yetirilib.Hadisə Müdafiə Nazirliyinin Bakıda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri 19 yaşlı Xəyyam Asif oğlu Bayramov əsgər yoldaşı, 18 yaşlı Kamran Firdovsi Məmmədovu bıçaqlayıb. K. Məmmədov aldığı xəsarətdən dünyasını dəyişib. Hadisənin motivi məlum deyil.Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.Qeyd edək ki, K. Məmmədov Göygöl rayonundan həqiqi hərbi xidmətə çağırılıb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Azərbaycan Ordusunun əsgərinin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlanıb.Bu barədə Respublika Hərbi Prokurorluğundan bildirilib.Məlumata görə, əsgər 18 yaşlı Kamran Firdovsi Məmmədovun ölümü ilə bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən əsgər Xəyyam Bayramov saxlanılıb.Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.Qeyd edək ki, məlum hadisə Müdafiə Nazirliyinin Bakıda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri 19 yaşlı Xəyyam Asif oğlu Bayramov əsgər yoldaşı, 18 yaşlı Kamran Firdovsi Məmmədovu bıçaqlayıb. K. Məmmədov aldığı xəsarətdən dünyasını dəyişib.Qeyd edək ki, K. Məmmədov Göygöl rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

O.M.