VİDEO: Elşad Abdullayev Gülər Əhmədova ilə söhbətinin tam videosunu yaydı

VİDEO: Elşad Abdullayev Gülər Əhmədova ilə söhbətinin tam videosunu yaydı

25 Aprel 2013 09:46
Bəyəndim (0) Bəyənmədim (0)

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxaq Universitetinin sabiq rektoru Elşad Abdullayev Gülər Əhmədova və Sevinc Babayeva ilə söhbətinin tam videosunu yayıb. Videoda sabiq deputat Gülər Əhmədova və onun rəfiqəsi, artıq dünyasını dəyişmiş Sevinc Babayeva ilə Elşad Abdullayevin mandat söhbətinə həsr olunan danışıqlar öz əksini tapıb.Qeyd edək ki, videogörüntülərin bir hissəsini Elşad Abdullayev ötən ilin sentyabr-oktyabr aylarında hissə-hissə yaymışdı. Məhz həmin görüntülərdən sonra Gülər Əhmədova deputat mandatından imtina etmiş, barəsində cinayət işi başlanmış və bu ilin fevralında həbs olunmuşdu.Keçmiş rektorun indi göndərdiyi tam videoda elə söhbətlər var ki, onlar yayılmayıb.Qeyd edək ki, Gülər Əhmədovanın vəkilləri istintaqın əlindəki sübutların yalnız montaj olunmuş kadrdan ibarət olduğunu bildirir və bu cür dəlillərlə şəxsin həbsinin yolverilməzliyini vurğulayırlar.

O.M.