Qəzaya səbəb olan sürücü aradan çıxdı

Qəzaya səbəb olan sürücü aradan çıxdı

25 Aprel 2013 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

Gecə Bakının Yasamal rayonu Mətbuat prospektində yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Aydın Bilalzadə idarə etdiyi "Mercedes" markalı avtomaşın "VAZ 2121" markalı maşınla toqquşub. Sürücü Aydın Bilalzadənin sözlərinə görə, hadisədən əvvəl o idarə etdiyi avtomaşınla Mətbuat prospektindən üzü Qələbə meydanı istiqamətində hərəkətdə olan zaman Haqverdiyev küçəsindən gələn və işıqforun qırmızı işığında yolunu davam etdirən digər nəqliyyat vasitəsi ilə toqquşub. Qəzadan sonra "VAZ 2121"in sürücüsü idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə hadisə yerindən yayınıb. Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma başlanılıb. Hazırda qəzanın səbəbkarı olan sürücünün tapılması istiqamətində işlər davam etdirilir.

O.M.