Yol qəzası bir ailənin faciəsi ilə nəticələndi

Yol qəzası bir ailənin faciəsi ilə nəticələndi

24 Aprel 2013 17:12
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 23-də saat 21:10 radələrində Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində Bəhruz Talıbovun idarə etdiyi "VAZ-2107" markalı və Gürcüstan vətəndaşı İntiqam Acalovun idarə etdiyi "Mercedes Vito" markalı avtomaşınlar toqquşub.
Nəticədə xəsarət almış B.Talıbov və sərinişinləri - qızı Sevinc, oğlanları Məhəmməd və Əli xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq Talıbov xəstəxanada ölüb.

O.M.