Ben Laden böyrək xəstəsi imiş

Ben Laden böyrək xəstəsi imiş

5 May 2011 13:27
Bəyəndim (0) Bəyənmədim (0)
Terrorçunu müalicə etdirmək üçün Hindistandan həkim gəlmişdi


Hindistanın Pakistanla sərhəd əyaləti Quaratın Əhmədabad şəhərində yaşayan nevroloq Trivedi bildirib ki, Usama Ben Laden özünün böyrək problemlərini müalicə etmək üçün bu ölkədən Pakistana həkimlər dəvət etmişdi. Əhmədabad şəhərində yaşayan böyrək xəstəlikləri eksperti həkim Trivedi Ben Ladenin müalicəsini terror fəaliyyətlərini buraxması şərti ilə qəbul etdiyini dilə gətirib. 2008-ci ildə baş verən hadisəni izah edən Trivedi o zamana qədər pakistanlı həkim yoldaşları arasındakı danışmalarında Ladenin böyrək problemləri olduğunu, müalicəsi üçün lazım vəsaitin Yeni Dehlidən tədarük edildiyini və Misirdən bəzi həkimlərin Pakistana gəlib onu müalicə etdiklərini söyləyib. Həkim Trivedi belə bir şeyi əsla etməyi düşünmədiyini, ancaq bir həkim olaraq Hippokrat andı içdiyini və buna görə xəstə kim olursa-olsun müalicə etmək məcburiyyətində olduqlarını bildirib.


Mövzudan kənarlaşsam da, qeyd etməliyəm ki, and içmək yalançıların adətidir. Bəzi savadsız həkimlərin Hippokrat andı kimi...

Tofiq Əliyev

O.M