Rusiya ermənilərin səyi nəticəsində Azərbaycana döyüş təyyarələri satmaqdan imtina edib

Rusiya ermənilərin səyi nəticəsində Azərbaycana döyüş təyyarələri satmaqdan imtina edib

24 Aprel 2013 13:50
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan və Rusiya arasında döyüş təyyarələrinin satın alınması ilə bağlı aparılan danışıqlara Rusiya aviasiya sənayesinə rəhbərlik edən erməni əsilli şəxslər maneçilik törədiblər. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.Azərbaycan tərəfinin əldə etdiyi məlumatlara görə, Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasının, eləcə də MiQ və Suxoy şirkətlərinin rəhbərliyində təmsil olunan erməni əsilli şəxslərin səyləri nəticəsində Rusiya ilə Su-27, Su-30 və MiQ-31 tipli döyüş təyyarələrinin alınmasına dair danışıqlar nəticəsiz qalıb. Rusiya Azərbaycana YaK-130 tipli təlim təyyarələri istisna olunmaqla, döyüş təyyarələri satmaqdan imtina edib.
Hazırda Azərbaycan hökuməti aviaparkın yeni döyüş təyyarələri ilə gücləndirilməsi istiqamətində alternativ istiqamətlərdə danışıqlar aparır.

O.M.