Yağış hələ bizimlədir...

Yağış hələ bizimlədir...

24 Aprel 2013 13:12
Bəyəndim (0) Bəyənmədim (0)
Buludlu və yağmurlu hava davam edəcək, temperatur isə yüksələcək

Bakı və Abşeron yarımadasında aprelin 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında aprelin 25-də hava şəraitinin gündüz əsasən yağmursuz olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun gecə 5-10, gündüz 20-25, bəzi yerlərdə 27 dərəcəyədək isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə gecə 9-14 dərəcə şaxta, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcəyədək isti olacağı gözlənilir.

O.M.