Bu gün havadan nə gözləyək?

Bu gün havadan nə gözləyək?

24 Aprel 2013 10:51
Bəyəndim (0) Bəyənmədim (0)
Respublika ərazisində havanın temperaturu 20 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 4-9 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

O.M.