Yasamalda 5 maşının iştirakı ilə zəncirvari qəza

Yasamalda 5 maşının iştirakı ilə zəncirvari qəza

24 Aprel 2013 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Yasamal rayonu Naxçıvani küçəsində 5 nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi ba şverib. Qəza zamanı "Bmw", "Daewoo", "Nissan", "VAZ 2107" və "Qaz 3110" markalı avtomaşınlar toqquşub. Hadisə zamanı "Bmw" markalı maşından başqa digər avtomobillər park edilmiş vəziyyətdə olub. Bu isə onu deməyə əsas verir ki, avtoqəza '"Bmw" sürücüsünün səhlənkarlığı ucbatından qeydə alınıb.
Hadisənin baş vermə səbəbinə gəlincə isə, "Bmw"nin sürücüsü Naxçıvani küçəsi isə üzü aşağı istiqamətdə hərəkətdə olan zaman idarəetməni itirərək avtomaşını əvvəl yol kənarında dayanan "Daewoo" markalı avtomaşına çırpıb. "Daewoo" isə zərbənin təsirindən dayanan və sığorta şirkətlərindən birinə məxusus "Nissan"la toqquşundan sonra aşıb. "Bmw" markalı avtomaşın isə yalnız yol kənarındakı "VAZ 2107" və "Qaz 3110" markalı nəqliyyat vasitələri ilə toqquşundan sonra dayana bilib.
Hadisədən sonra qəzaya səbəb olan "Bmw"nin sürücüsü ərazidən yayındığından onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. Bütün bu qanun pozuntularına isə Yasamal rayon polis idarəsində başlanan araşdırmalardan sonra aydınlıq gətiriləcək.

O.M.