Bakıda 40-a yaxın maşın açıq lüka düşüb

Bakıda 40-a yaxın maşın açıq lüka düşüb

24 Aprel 2013 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Gecə Bakının Xətai rayonu Nobel prospektində kanalizasiya lüklarından birinin açıq olması sürücülərə çətin anlar yaşadıb. Sürətlə hərəkət edən edən avtomobillərin həmin lüka düşməsi nəticəsində onlarla nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.Hadisənin şahidi və eyni zamanda özü bu vəziyyətdən zərər çəkən sürücü Tural Balakişiyev açıq qalan lüka 40-a yaxın maşın düşdüyünü deyib.Qeyd edək ki, prospekt boyu sürücülərə lükün açıq olması və təhlükə barədə yolda heç bir xəbərdaredici nişanlar da qoyulmamışdı. Bu səbəbdən də vətəndaşlar başqa sürücülərin də eyni aqibətlə üzləşməməsi üçün açıq lükün qarşısını öz imkanları hesabına kəsmişdilər. Bir neçə dəfə edilən müraciətlərdən sonra isə nəhayət hadisə yerində "Azərsu" SC-nin işçiləri göründülər. Və qısa zamanda açıq qalan lükün qapağı yerinə qoyuldu.
Yalnız bundan sonra Nobel prospektində sürücülərin avtomobili təhlükəsiz idarə etməsi üçün şərait təmin oldundu. Lüka düşərək yararsız vəziyyətə düşən avtomaşın sahiblərinin başlarına gələn bu hadisəyə görə kimlərin məsuliyyət daşıyacağı isə sual altında qalır.

O.M.