Yağış maşınların toqquşmasına şərait yaratdı

Yağış maşınların toqquşmasına şərait yaratdı

24 Aprel 2013 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

Gecə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində yol nəqliyyat hadisəsi qeydə alınıb. Qəza zamanı bir-birinə əks istiqamətdə hərəkət edən "Volkswagen" və "Daewoo" markalı avtomaşınlar toqquşub. Qəza zamanı sürücü və maşınlarda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Yol nəqliyyat hadisəsi isə sürücülərin hava şəraitinin yağışlı olmasını nəzərə almadan sürət həddini aşkaması səbəbindən qeydə alınıb. Faktla bağlı Binəqədi rayon Dövlət Yol Polis şöbəsində araşdırma başlanılıb. Müvafiq ekspertizaların rəyindən sonra hadisəsinin təfərrüatları məlum olacaq.

O.M.