İki yaşlı balaca pilləkəndən düşərək öldü

İki yaşlı balaca pilləkəndən düşərək öldü

24 Aprel 2013 10:40
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 23-də Lənkəran rayonunda ölümlə nəticələnən iki bədbəxt hadisə baş verib. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsindən APA-ya verilən məlumata görə, hər iki hadisə aprelin 23-də axşam saatlarında qeydə alınıb.Belə ki, yaşadığı evin pilləkənindən yıxılan rayonun Türkəkəran kənd sakini, 1958-ci il təvəllüdlü Telman Ağakişi oğlu Bağırov aldığı xəsarətlərdən yerindəcə keçinib.
Digər bədbəxt hadisə isə rayonun Xarxatan kəndində baş verib. 2001-ci il təvəllüdlü Tacir Arif oğlu Hüseynov evin kandarındakı pilləkəndə müvazinətini itirərək yıxılıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan iki yaşlı körpəni xilas etmək mümkün olmayıb.Hər iki faktla bağlı araşdırma aparılır.

O.M.