Yol polisi sürücülərə müraciət etdi: "Ağsu aşırımı təhlükəlidir!"

Yol polisi sürücülərə müraciət etdi: "Ağsu aşırımı təhlükəlidir!"

24 Aprel 2013 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. BDYPİ-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin verdiyi məlumata görə, hazırda Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində qatı duman müşahidə olunur. Bu səbəbdən də sürücülərin diqqətli olmağı tələb olunur və göstərilən istiqamətdə görünüş məsafəsi məhdudlaşdığından alternativ yollardan istifadə etmələri məsləhət görülür.

O.M.