Yağış nə vaxt susacaq?

Yağış nə vaxt susacaq?

22 Aprel 2013 13:53
Bəyəndim (0) Bəyənmədim (0)
Hava durumu

Aprelin 23-dən 25-dək Abşeron yarımadasında tutqun və rütubətli havanın üstünlüyünə baxmayaraq digər meteoroloji amillərin iqlim normasına yaxın olması meteohəssas insanlar üçün əsasən əlverişlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 23-də tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 13-18, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə gecə 4-9 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti olacaq.

O.M.