Artıq əsgərlərin psixoloqu olacaq

Artıq əsgərlərin psixoloqu olacaq

22 Aprel 2013 13:07
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan Silahlı Qüvvələrində hərbi psixoloqlar çalışacaq

Azərbaycan Silahlı Qüvvələrinin hərbi psixoloqlarla komplektləşdirilməsi həyata keçiriləcək. Orduya hərbi psixoloqların hazırlanması üçün Müdafiə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə müraciət olunub. Hazırda Silahlı Qüvvələrin strukturunda hərbi psixoloq ştatları vakant yer olaraq qalır.Hərbi psixoloqların Azərbaycan Ali Hərbi Məktəbində hazırlanması təklif olunub. Eyni zamanda mülki məktəbləri bitirmiş psixoloqların müəyyən kurs keçməklə ordudakı vakant vəzifələrə qəbulu həyata keçiriləcək.Qeyd edək ki, bu yaxınlarda Daxili Qoşunlar hərbi psixoloq vəzifəsinə işə qəbul elan edib.

O.M.