“VAZ 2107” iki gəncə məzar oldu

“VAZ 2107” iki gəncə məzar oldu

22 Aprel 2013 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 21-də saat 05:30 radələrində Bakı şəhərinin Xəzər rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Pirallahı qəsəbəsinə gedən yolda 1986-ci il təvəllüdlü Rüstəm Əhmədovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerindəcə keçinib. Avtomobildə olan sərnişin 1990-cı il təvəllüdlü Seyid Nurəliyev isə xəstəxanaya aparılarkən yolda ölüb.Faktla əlaqədar cinayət işi açılıb araşdırmalar aparılır.

O.M.