Bakıda avtomatlı şəxs tutulub
Aprelin 21-də Bakı şəhərinin Nizami rayonu ərazisində silahlı şəxs saxlanılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Keşlə qəsəbəsi ərazisində Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Kazımov Vüqar Zahid oğlu saxlanılıb və o, yaxınlıqdakı 23-cü Polis Bölməsinə dəvət edilib. Burada şübhəli şəxsin üzərinə baxış keçirilib. Onun özü ilə apardığı idman çantasından 1 ədəd "Kalaşnikov" markalı avtomat, sandıqça və 30 ədəd güllə tapılıb.Faktla əlaqədar cinayət işi başlanılıb. V.Kazımovun avtomatı haradan alması, haraya aparması və digər suallar ətrafında araşdırma aparılır.
O.M.
Digər xəbərlər










































.jpg)
.jpg)
.jpg)















































