Misir Mərdanovun təhsildə həll edə bilmədiyi problemləri gənc bir adam bacaracaqmı?

Misir Mərdanovun təhsildə həll edə bilmədiyi problemləri gənc bir adam bacaracaqmı?

22 Aprel 2013 11:27
Bəyəndim (0) Bəyənmədim (0)
Sabiq Nazir: "Yaxın günlərdə yeni işimə başlayacağam"

Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən təhsil naziri Misir Mərdanov Moderator.az-a eksklüziv müsahibə verib. Sabiq nazir müsahibəsində vəzifəsindən getmə səbəbləri və gələcək fəaliyyətinə dair sualları cavablandırıb.

- Misir müəllim, istefaya göndərilməniz sizin üçün gözlənilməz oldu?
- Naziri vəzifəyə təyin edən də, vəzifədən azad edən cənab prezidentdir. Prezidentin bu qərarına hörmətlə yanaşdım. Ona şərh vermək doğru olmaz.
- Yeni iş təklifi gözləyirsinizmi, ya istirahətə gedəcəksiz?
- Yeni iş təklifi almışam və bunu qəbul etmişəm. Yaxın günlərdə yeni işimdə məni görəcəksiniz.
- Yeni təhsil nazirini tanıyırsınızmı?
- Bəli, tanıyıram. Cavan oğlandır. Bizim universiteti bitirib.
- Onun təhsil islahatları aparacağına dair fikirlərə necə baxırsınız? Misir Mərdanovun təhsildə həll edə bilmədiyi problemləri gənc bir adam bacaracaqmı? Ümumiyyətlə, təhsildə islahatlar mümkündürmü?
- Azərbaycan təhsilində islahatlar olub və olacaq da. Biz təhsilimizi müasir səviyyəyə çatdırmışıq. Yeni nazirin işinə gəlincə, mən ona uğurlar arzu edirəm.