Bulud başımızın üstünü kəsdirəcək

Bulud başımızın üstünü kəsdirəcək

22 Aprel 2013 11:23
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün də yağış gözləyin

Aprelin 22-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə fasilələrlə uzunmüddətli yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, temperatur gecə 5-9 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq. Bakıda gecə 7-9 dərəcə, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında isə havanın havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-8, gündüz 12-18 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-5 dərəcə isti təşkil edəcək.

O.M.