Avtomobili doğrayıb, sürücünün meyitini çıxartdılar

Avtomobili doğrayıb, sürücünün meyitini çıxartdılar

22 Aprel 2013 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Xəzər rayonunda "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.Oxumeni.az-ın FHN rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü 1986-cı il təvəllüdlü Əhmədov Ruslan Oqtay oğlu deformasiyaya uğramış nəqliyyat vasitəsində ölüb.Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə R.Əhmədovun cəsədini deformasiyaya uğramış avtomobildən müvafiq qaydada çıxarıb və aidiyyəti üzrə təhvil verib.

O.M.