Huşsuz vəziyyətdə olan şəxsi təpikləyərək yaxınlıqdakı ağaclığa aparıblar

Huşsuz vəziyyətdə olan şəxsi təpikləyərək yaxınlıqdakı ağaclığa aparıblar

22 Aprel 2013 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Xətai rayonu ərazisində yerləşən şadlıq sarayında kütləvi dava düşüb. Hadisə şahidlərinin verdikləri məlumata görə, "Bakı" şadlıq sarayında keçirilən toy məclisində qonaqlar arasında mübahisə yaranıb. Sonradan toyda dava-dalaş düşüb. Dava edənlər şadlıq sarayından həyətə çıxıblar. Orada davaya 20-yə yaxın adam qoşulub. Onlar bir nəfəri yerə yıxaraq təpikləyiblər. Savaşanları sakitləşdirmək üçün toydan çıxan qadınlar da davanı yatıra bilməyiblər.
Huşsuz vəziyyətdə olan şəxsi təpikləyərək yaxınlıqdakı ağaclığa aparıblar. Sonra yenidən həmin şəxsi möhkəm döyməkdə davam ediblər. Döyən şəxslər "VAZ-21014"ə minərək qaçıblar.Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsindən Milli.Az-a bildirildi ki, dava barədə növbətçi hissəyə məlumat daxil olmayıb.

O.M.