Normadan artıq yük daşıyan maşınlar ölkədə 5 körpünü dağıdıb

Normadan artıq yük daşıyan maşınlar ölkədə 5 körpünü dağıdıb

5 May 2011 12:34
Bəyəndim (0) Bəyənmədim (0)


"Əksər icra hakimiyyətlərinə, karxana və səhmdar cəmiyyətlərinin rəhbərlərinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də iri tonnajlı yük maşınlarının və eləcə də konstruksiyalarına dəyişikliklər edilmiş avtomobillərin normadan artıq yük daşıması hallarına rast gəlinir. Bu səbəbdən yalnız son 1 ildə ölkədə 5 körpü dağılmışdır. Körpülərin, həmçinin yolların təmirinə də hər dəfə külli miqdarda vəsait xərclənir." Bu sözləri Baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov demişdir.


Sahibkarlara, nəqliyyat və karxana sahiblərinə sonuncu dəfə xəbərdarlıq edən Baş nazirin müavini onları qayda-qanuna riayət etməyə çağırmışdır.


Dağılan körpülər məmurlarla camaat arasındakı körpünü də dağıdır.

Tofiq Əliyev

O.M.