19 yaşlı əsgər özünü öldürdü

19 yaşlı əsgər özünü öldürdü

20 Aprel 2013 11:37
Bəyəndim (0) Bəyənmədim (0)
O, 4 ayın əsgəri idi

Müdafiə Nazirliyi daha bir əsgər ölümü ilə bağlı xəbər yayıb.Nazirliyin mətbuat xidmətindən daxil olan xəbərə görə, bu gün gecə saat 00.35 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 1994-cü il təvəllüdlü, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağırılmış Quliyev Emin İlqar oğlu ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində vəfat etmişdir. Fakt üzrə cinayət işi başlanılıb.

O.M.