19 yaşlı qızdan beş gündür xəbər yoxdur

19 yaşlı qızdan beş gündür xəbər yoxdur

20 Aprel 2013 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə 19 yaşlı qız beş gündür yoxa çıxıb.Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Gəncə şəhər sakini, 46 yaşlı Pərvanə Hüseynov polisə müraciət edərək, qızı, 1994-cü il təvəllüdlü İlahə Hüseynova aprelin 15-də evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

O.M.