Yük və minik maşınları toqquşdu: 5 yaralı

Yük və minik maşınları toqquşdu: 5 yaralı

20 Aprel 2013 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən axşam Bakı-Qazax yolunun 458-ci kilometrliyində beş nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, "İSUZİ" markalı yük avtomobili və "VAZ" markalı minik avtomobili toqquşub. Nəticədə "İSUZİ" markalı yük avtomobilin sürücüsü və "VAZ" markalı minik avtomobilinin iki sərnişini xilasedicilər çatana qədər yaralı vəziyyətdə xəstəxanaya aparılıb, o cümlədən "VAZ" markalı avtomobilin iki sərnişini xəsarət alıb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıblar. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları avtomobildən çıxarıblar.

O.M.