Bu gün qar yağacağı gözlənilir

Bu gün qar yağacağı gözlənilir

20 Aprel 2013 09:58
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan ərazisində aprelin 24-dək iqlim normasından aşağı tempereatur müşahidə olunacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində arabir yağış yağacağı ehtimalı var, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-8, gündüz 8-13, bəzi yerlərdə 15 dərəcəyədək isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin cənub və qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı, axşam yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı, bəzi yerlərdə duman olacağı gözlənillir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9, gündüz 10-15, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə gecə 5-10 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir.
Respublikanın əksər rayonlarında aprelin 24-dək gözlənilən iqlim normasından aşağı temperatur rejimi və yağıntılı hava şəraiti kənd təsərrüfatı bitkilərində fəal vegetasiyanı zəiflədəcək. Belə hava şəraiti bir çox aran rayonlarında torpaqda kifayət qədər istilik çatışmazlığı yaratmaqla çiyid və qarğıdalı səpinini gecikdirəcək. Bəzi yerlərdə intensiv yağıntılar, dağətəyi rayonlarda gecə temperaturun mənfi hədlərə enmə ehtimalı meyvə ağacları üçün çiçəklənmə şəraitini çətinləşdirəcək. Lakin yağıntılar torpağın nəmlənmə şəraitini yaxşılaşdıraraq payızlıq dənli əkinlərdə, çəmənlik və qışlaqlarda ot örtüyünün gələcəkdə boy atmasına müsbət təsir edə bilər.

O.M.