Təhsil naziri dəyişdirildi

Təhsil naziri dəyişdirildi

19 Aprel 2013 17:08
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.C.Mərdanovun Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Misir Cumayıl oğlu Mərdanov Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilsin".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.Ç.Cabbarovun Azərbaycan Respublikasının təhsil naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının təhsil naziri təyin edilsin".
O.M.