Sumqayıtda yaşayış binası yandı, sakinlər evakuasiya edilib

Sumqayıtda yaşayış binası yandı, sakinlər evakuasiya edilib

19 Aprel 2013 10:19
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıtda yanğın olub. Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 58 kv.m olan 2 otaqlı mənzilin yanar konstrukssiyaları və ev əşyaları yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı yuxarı mərtəbələrdən 50 nəfər bina sakini təxliyə olunub. Yanğın saat 04:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

O.M.