Sürücü sükan arxasında öldü

Sürücü sükan arxasında öldü

19 Aprel 2013 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda avtomobilin yolayrıcı səddə çırpılması nəticəsində sürücü ölüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına görə, Bakı şəhəri, Yasamal rayonunda "VAZ" markalı minik avtomobili yolayrıcı səddə çırpılıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü 1990-cı il təvəllüdlü Alxasov İlkin Bəhruz oğlu deformasiyaya uğramış nəqliyyat vasitəsində ölüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə İ.Alxasovun meyitini deformasiyaya uğramış avtomobildən müvafiq qaydada çıxarıb və aidiyyəti üzrə təhvil verib.

O.M.