Bakıda bir neçə maşının toqquşması ilə nəticələnən yol qəzası olub, xeyli sayda insanın xəsarət aldığı bildirilir

Bakıda bir neçə maşının toqquşması ilə nəticələnən yol qəzası olub, xeyli sayda insanın xəsarət aldığı bildirilir

19 Aprel 2013 09:57
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda ağır yol qəzası baş verib.Hadisə nəticəsində xeyli insanın xəsarət aldığı bildirilir.Bu gün səhər saatlarında Bakı Dairəvi Yolunda bir neçə maşın toqquşub.
Bakı Şəhər Dövlət Yol Polisindən APA-ya bildirilib ki, ilkin məlumata görə, qəza zamanı beş maşın toqquşub. Hadisə nəticəsində xeyli xəsarət alanın olduğunu yol polisindən də təsdiqləyiblər.Qəza yerinə polis əməkdaşları, xilasedicilər, təcili tibbi yardım briqadaları cəlb olunub. Xəsarət alanlar xəstəxanalara çatdırılır.Hadisə yerində araşdırma aparılır.

O.M.