Gecə Yasamalda maşınlar toqquşdu

Gecə Yasamalda maşınlar toqquşdu

19 Aprel 2013 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Gecə Bakıda iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Məhəmməd Xiyabani küçəsində qeydə alınan yol nəqliyyat hadisəsi zamanı "Mercedes" və "Hyundai" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Avtoqəzaya səbəb isə "Mercedes"in sürücüsünün idarəetməni itirərək, "Hyundai"ın hərəkət istiqamətinə çıxması olub. Yol qəzası ilə bağlı Yasamal rayon Dövlət Yol Polisi şöbəsində araşdırmalar aparılır.

O.M.