“VAZ 2106" bir qadının həyatına son qoydu

“VAZ 2106" bir qadının həyatına son qoydu

19 Aprel 2013 09:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Sabunçu rayonu ərazisində yolu keçmək istəyən iki gənc xanım avtomabilin zərbəsinə tuş gəlib. Hadisə rayonun Maştağa qəsəbəsi ərazisində, zabrat-maştağa yolunda qeydə alınıb. Belə ki, 25 yaşlı Zeynalova Zina Tural qızı və 22 yaşlı Mustafayeva Ayşən Nazim qızı yolu keçmək istəyərkən "VAZ 2106" markalı maraklı minik avtomobili tərəfindən vurulub. Yaralılar dərhal 3 saylı şəhər xəsatəxanasına aparılıb. Xəsarətləri ağır olan 25 yaşlı Zina Zeynalova elə yolda keçinib. Ayşən Mustafaveya isə xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, qəzanı törədən sürücü hadisədən sonra maşını da ataraq ərazidən uzaqlaşıb. Faktla bağlı Sabunçu rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb. Qəzanı törədən "Jiquli"nin sürücüsünün müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axatrış tədbirləri davam etdirilir.

O.M.