Azərbaycan Beynəlxalq Universitetinin müəllimi nəhayət ki, həbs edilib

Azərbaycan Beynəlxalq Universitetinin müəllimi nəhayət ki, həbs edilib

18 Aprel 2013 13:52
Bəyəndim (0) Bəyənmədim (0)
O, dörd ay axtarışda olub

Şakir Həşimov övladlarını universitetə düzəltmək adı ilə vətəndaşların 80 min manatını mənimsəyib.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş müəllimi həbs edilib. Bu barədə Binəqədi rayon Polis İdarəsindən bildirilib.Məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Şakir Xəlil oğlu Həşimov bu gün tutularaq istintaqa təhvil verilib.Polisdən həmçinin bildirilib ki, Ş. Həşimov ABU-nun müəllimi olub. O, xeyli sayda vətəndaşın övladlarını universitetə düzəltmək adı ilə 80 min manat pulunu mənimsəməkdə təqsirləndirilir.Dörd ay əvvəl barəsində axtarış elan olunmuş Ş. Həşimov bu gün səhər saatlarında Bakı şəhəri ərazisində saxlanılıb.

O.M.