"QAZel" müəlliməni vurdu

"QAZel" müəlliməni vurdu

18 Aprel 2013 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Quba rayonunda avtomobil piyadanı vurub.Hadisə bu gün səhər saatlarında Quba rayonu Zərdabi qəsəbəsində qeydə alınıb. Məktəbdə müəllim işləyən 49 yaşlı Kəmalə Nəcəfi işə gedərkən, rayonun Ərməki kənd sakini Sənan İsmayılovun idarə etdiyi 10-NH-651 dövlət nömrə nişanlı "QAZel" markalı avtomobillə vurulub. Yaralı təcili Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona kəllə beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

O.M.