Üç məktəbli məktəbə getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıblar

Üç məktəbli məktəbə getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıblar

18 Aprel 2013 12:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 3 məktəbli itkin düşüb.Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun A. Qurbanov küçəsi, 25 ünvanında yaşayan, 1999-cu il təvəllüdlü Əfsanə Mirmövsümova aprelin 16-da məktəbə getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıb.General Şıxlinski küçəsində yaşayan, 2003-cü il təvəllüdlü Ağayev Nicat Cəmil oğlu və N. Tusi küçəsində yaşayan 2002-ci il təvəllüdlü Əmənov İmran Bəxtiyar oğlu isə aprelin 17-də oxuduqları 204 saylı orta məktəbə getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıblar.Polis məktəblilərin axtarışını davam etdirir.

O.M.