Əsgərimiz yoldaşlarını güllələdi

Əsgərimiz yoldaşlarını güllələdi

18 Aprel 2013 10:59
Bəyəndim (0) Bəyənmədim (0)
Güllə yarası alan hər iki əsgər hospitala yerləşdirilib

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Ağdamda yerləşən "N" saylı hərbi hissəsində baş verib. Əsgər Səbuhi Osmanlının tabeliyindəki avtomat silahdan açılan atəş onun hərbçi yoldaşları - 1994-cü il təvəllüdlü Elşad Hətəmov və Mövlud Murtuzəliyevə dəyib. Nəticədə güllə yarası alan hər iki əsgər hospitala yerləşdirilib. İlkin məlumata görə, hadisə əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verib. Qeyd edək ki, ilkin məlumatda əsgərimizin düşmən gülləsindən yaralandığı bildirilmişdi.

O.M.