Yüksək sürət və yağmurlu hava "07"ni sıradan çıxartdı

Yüksək sürət və yağmurlu hava "07"ni sıradan çıxartdı

18 Aprel 2013 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

Qusar-Xudat yolunun Qusarın Bədirqala kəndi yaxınlığından keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Qusar istiqamətində hərəkətdə olan "VAZ 21 07" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə 3 nəfər ağır xəsarətlər alaraq Qusar MRX-nın reanimasiya şöbəsində yerləşdirilib. Yaralananlar 39 yaşlı Qusar rayonu, Quxur-oba kənd sakini İlham Əsgərov, 51 yaşlı Qusar rayonu Gədəzeyxur kənd sakini Möhlət Dadaşbalayev və 50 yaşlı Özbəkistan vətəndaşı Elbrus Somsonidzedir. Yaralılardan İlham Əsgərovun vəziyyəti daha ağır olduğundan onun əməliyyat olunması üçün paytaxtdan həkim briqadası gəlib. Digər iki yaralının da vəziyyəti ağır-stabildir.Qəzaya yüksək sürətin və yağmurlu hava şəraitinin səbəb olduğu bildirilir. Yaralananları əzilən maşından çıxarmaq mümkün olmadığından əraziyə FHN-in xilasedici briqadası cəlb olunub.Faktla bağlı araşdırma aparılır.

O.M.