VİDEO: Bakıda sahibsiz köpək dönərçi tərəfindən yandırıldı

VİDEO: Bakıda sahibsiz köpək dönərçi tərəfindən yandırıldı

17 Aprel 2013 22:04
Bəyəndim (0) Bəyənmədim (0)
Bəzi insanlar heyvan olmadıqları üçün utanmalıdır

Bakıda növbəti dəfə insanlıq dramı yaşanıb. İnsanları utandıracaq bu hadisə günün günorta çağı paytaxtımızda baş verib. Belə ki, dönər köşklərinin birinin qarşısında ac-yalavac dolaşan küçük dönərçinin qəzəbinə tuş gəlib. Dönərçi qaynanmış yağı itin üstünə tökməklə onu obyektin qarşısından uzaqlaşdırmağa çalışıb. Nəticədə, köməksiz dördayaqlı ciddi yanıq xəsarətləri alıb. Acınacaqlı haldır ki, dönərçi hüquq müstəvisində heç bir məsuliyyət daşımayıb.

Məncə, insanın heyvan adı ilə aşağılanması heyvanın özünə təhqir kimi səslənir.

Murad Şahməmmədov

O.M.