Həkimlər, mütləq oxuyun!

Həkimlər, mütləq oxuyun!

17 Aprel 2013 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə həkimlərin mərkəzləşdirmiş qaydada işə qəbuluna dair ilk müsabiqənin nəticələri açıqlanıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, tibb müəssisələrində həkim ixtisası üzrə nəzərdə tutulmuş vəzifələrə namizədlər aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə əsasında qəbul edilirlər.Müsabiqə iki mərhələdən - test imtahanı və müsahibədən ibarətdir. Hər iki mərhələdə müsbət nəticələr əldə etmiş həkimlərə müvafiq qaydada səhiyyə müəssisəsində işə qəbul olunmaq üçün Səhiyyə Nazirliyi tərəfindən göndəriş verilir.

O.M.