Azyaşlını vurub qaçan sürücü axtarılır

Azyaşlını vurub qaçan sürücü axtarılır

17 Aprel 2013 11:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Yasamal rayonu ərazisində azyaşlı qızı avtomobil vurub. Rayon Polis İdarəsindən verilən məlumata görə, Ə.Ələkbərov küçəsi, 509 saylı məhəllənin qarşısında naməlum avtomobil 2006-cı il təvəllüdlü Əhmədova Nejən Ramil qızını vurub. Azyaşlı qızı valideynləri 3 saylı şəhər xəstəxanasına aparıb.
Faktla əlaqədar Yasamal RPİ-də araşdırma aparılır. Azyaşlını vurub qaçan avtomobilin sürücüsü axtarılır.

O.M.