Sərxoş sürücü polisi vurdu

Sərxoş sürücü polisi vurdu

17 Aprel 2013 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

Şəkidə yol polisini maşın vurub. Şəki Rayon Polis Şöbəsindən (RPŞ) verilən məlumata görə, hadisə Şəki-Kiş yolunda qeydə alınıb. Şəki RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, 1969-cu il təvəllüdlü Eldar Nurəddin oğlu Cumazadə xidmətdə olarkən, Balakən rayon sakini, Bəxtiyar Kərimovun idarə etdiyi "VAZ-21099" markalı, 10 NO 348 dövlət nömrə nişanlı maşını yol hərəkəti qaydasını pozduğu üçün saxlayıb. Lakin B. Kərimov yol polisinin saxla əmrinə tabe olmayaraq maşını E. Cumazadənin üstünə sürüb və onu vuraraq hadisə yerindən qaçıb. Xəsarət alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Həyata keçirilən tədbirlər nəticəsində yol nəqliyyat hadisəsi törədən B. Kərimov idarə etdiyi avtomobillə saxlanılaraq rayon Polis Şöbəsinə təhvil verilib. Müayinə zamanı sürücünün sərxoş olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.