Bu gecə piyada "Mercedes"in altında can verdi

Bu gecə piyada "Mercedes"in altında can verdi

17 Aprel 2013 09:48
Bəyəndim (0) Bəyənmədim (0)

Gecə Bakının Xətai rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Gəncə prospetində qeydə alınıb. Məlumata görə, "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən şəxsiyyəti naməlum piyadanı vurub. Hadisə prospekt kənarındakı yaşayış binalarından birinin qarşısında baş verib. Zərbənin gücündən piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar davam edir.

O.M.