"Hyundai" kamera və işıqforu aşırtdı

"Hyundai" kamera və işıqforu aşırtdı

17 Aprel 2013 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nəsimi rayonu ərazisində iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası qeydə alınıb. Avtoqəza Rəşid Behbudov və Salatın Əsgərova küçələrinin kəsişməsində baş verib. Məlum olub ki, Rəhimli Sultan İslam oğluna məxsus "Hyundai" markalı minik avtomobili ilə Rəşid Behbudov küçəsi ilə hərəkətdə olan zaman 20 yaşlı Məmmədzadə Emin Namiq oğlunun idarəetdiyi "VAZ 21012" markalı diğər avtomaşın toqquşub. Zərbədən sonra "VAZ" maraklı minik avtomobili deformasiyaya uğrayıb.
Qeyd edək ki, toqquşmadan sonra "Hyundai"ın sürücü avtomaşına nəzarəti itirib. Nəticədə öncə işıqforu yarasız hala salan avtomobil sonra yoldan çıxaraq təhlükəsizlik kamerasının dirəyinə dəyib və dayanıb. Hadisədə hər iki avtomaşının sürücüsünü xəsarət aldığı bildirlir. Onlar yaxınlıqdakı insanların köməyi ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, qəzaya səbəb kimi, "Hyundai"ın işıqforun qırmızı işığında keçməsi göstərilsə də, yol patrul xidməti əməkdaşları hadisənin dəqiq hansı sürücünün günahından baş verdiyini söyləməyin hələ tez olğunu bildirlər. Çünki həmin vaxt paytaxt ərazisində yağıntılı hava şəraiti müşahidə olunurdu. İlkin ehtimallardan biri də məhz sürücülərin hava şəraitini nəzərə almamasıdır. Amma yol nəqliyyat hadisəsinin dəqiq səbəbləri Nəsimi rayon polis idarəsinin əməkdaşlarının aparacağı araşdırmlaradan sonra bəlli olacaq.

O.M.