11-ci sinif şagirdi evdən çıxıb, hələ də ondan xəbər yoxdur

11-ci sinif şagirdi evdən çıxıb, hələ də ondan xəbər yoxdur

16 Aprel 2013 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlilabadda məktəbli itkin düşüb. Cəlilabad rayon sakini 1995-ci il təvəllüdlü Quliyev Şəmil Şahlar oğlu martın 27-də evdən çıxıb və geri qayıtmayıb. 11-ci sinif şagirdi martın 30-da və aprelin əvvəlində bir dəfə anasına mesaj yazaraq ondan narahat olmamasını və işə düzəldiyini bildirib. O, həmçinin anasına pul göndərəcəyini də yazıb.
Yaxınlarının bildirdiyinə görə, Şəmil Quliyevin ailədə heç bir problemi olmayıb. 2 il əvvələ qədər Rusiyada yaşayan ailə Azərbaycana sonradan köçüb və Cəlilabadda məskunlaşıb. Atası Rusiyada yaşasa da, Şəmilin pasportu və doğum haqqında şəhadətnaməsi evdə olduğundan onun Azərbaycandan çıxması ehtimal olunmur.
Ailəsinin sözlərinə görə, onların maddi cəhətdən heç bir problemi olmayıb və hər hansı psixoloji problemi olmayıb. Şəmil Quliyevin tamamilə sağlam olduğu bildirilir.

O.M.