Hacı Allahşükür Paşazadə yenidən seçildi

Hacı Allahşükür Paşazadə yenidən seçildi

16 Aprel 2013 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Qafqaz Müsəlmanlar İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə növbəti beş il üçün MDB müsəlmanları Məşvərət Şurasına yenidən sədr seçilib. Məlumata görə, bunu "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" mövzusunda beynəlxalq elmi-praktik konfransda Hacı Sabir bildirib. Onun sözlərinə görə, bu barədə qərar MDB müsəlmanları Məşvərət Şurasının bu gün Bakıda keçirilən 2-ci iclasında qəbul olunub. Xatırladaq ki, Bakıda MDB müsəlmanları Məşvərət Şurasının 2-ci iclası və "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. İclasda Azərbaycandakı dini konfessiya nümayəndələri, hökumət və parlament üzvləri, elm və mədəniyyət xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak edirlər.

O.M.